Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Türkiyə Avropanın 3-cü ən böyük avtomobil istehsalçısı oldu

Türkiyə Avropanın 3-cü ən böyük avtomobil istehsalçısı oldu


Türkiyə Avropanın 3-cü ən böyük avtomobil istehsalçısı oldu.

Newscenter.az xəbər verir ki, bu barədə sənaye və texnologiya naziri Mehmet Fatih Kaçır məlumat verib.

“Avtomobildən tikintiyə, kimyadan maşın istehsalına, enerjidən dəmir yolu sistemlərinə qədər geniş bir sahədə bir çox sektora giriş təmin edən metal sənayemiz “güclü sənaye, güclü Türkiyə” vizyonumuzu əhatə edən və simvolizə edən ən yüksək səviyyədə sektorlar arasındadır”,-deyə nazir bildirib.

Nazir onu da deyib ki, Türkiyədə əmir və polad sənayesi sürətlə inkişaf edir:

"İllik istehsal gücü 60 milyon ton olan Türkiyə dəmir-polad sənayemiz bu gün həm istehsal həcmi, həm istehsal miqdarı, həm də məhsulun keyfiyyəti ilə dünyada mühüm mövqeyə malikdir. Biz Avropanın 2-ci, dünyanın isə 8-ci ən böyük polad istehsalçısıyıq. Bu ilin ilk 7 ayında istehsalda 14,9 faiz artım qeydə alındı".

Natiq Orucov
Xəbəri paylaş