Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ukraynada çevriliş baş verə bilər

Ukraynada çevriliş baş verə bilər


"Əgər ölkə prezidenti Vladimir Zelenski vəzifəsində qalsa və hakimiyyət seçki keçirməsə, Ukraynada çevriliş baş verə bilər".

Newscenter.az TASS-a istinadən bildirir ki, bu fikri Ali Radanın deputatı Aleksandr Dubinski deyib.

“Ukraynanın maraqlarına zidd olan hər şeyi edən Zelenski seçkisiz hakimiyyətdə qalsa, çevriliş mümkündür” deyə o, bildirib.

Qeyd edək ki, Ukrayna prezidenti Vladimir Zelenskinin səlahiyyətləri mayın 20-dən sonra rəsmən başa çatıb. Ölkədə hələ də parlament və prezident seçkiləri olmadığı bir şəraitdə hökumətin legitimliyi məsələsi fəal şəkildə müzakirə olunur, bu seçkilər hərbi vəziyyət dövründə keçirilə bilməz.

Anar Əliyev
Xəbəri paylaş