Naxçıvan Dövlət Universitetinin tələbələri Çinin Quancjou şəhərində keçirilən 10-cu Təməl Tibb Elmlərində İnnovativ Təcrübə Dizaynı üzrə Beynəlxalq Forumda böyük uğur əldə ediblər.
Newscenter.az təhsil ocağına istinadən bildirir ki, universitetin 3 tələbəsi təqdiqat işləri üzrə mübarizə apardıqları müxtəlif kateqoriyalarda bürünc mükafatlar qazandılar.
Belə ki, Aminə Məmmədova, Tibbi Profilaktika ixtisası üzrə VI kurs tələbəsi - Virus Peyvəndi və Parenteral Qarşıdurma mövzusunda çıxışı ilə bürünc mükafata sahib olub.
Bəhriyyə Mustafayeva, Tibb fakültəsi IV kurs tələbəsi - Fiziki və Cinsi İnkişafın Patologiyaları mövzusunda layihəsi ilə çıxış edərək bürünc mükafata layiq görülüb.
Nəsibə Əzizova, II kurs Tibb (tədrisi ingilis dilində) tələbəsi - Neyroplastiklik və Öyrənmə: Beynin Strukturunun Dəyişməsi ilə Öyrənmə Prosesləri Arasındakı Əlaqə mövzusunda tədqiqat işi ilə bürünc mükafata layiq görülüb.
Süleyman