Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

​​​​​​​İranda kömür mədənində partlayış olub, 50 nəfər ötüb

​​​​​​​İranda kömür mədənində partlayış olub, 50 nəfər ötüb


İranın şərqindəki Cənubi Xorasan ostanının Təbəs şəhərində kömür mədənində baş vermiş partlayış nəticəsində ölənlərin sayı 50 nəfəri ötüb.

Bu barədə İranın Mehr agentliyi məlumat yayıb.

“Təbəsdəki şaxtada baş vermiş insident nəticəsində ölənlərin sayı 51 nəfərə çatıb, daha 20 nəfər yaralanıb”, - agentlik bildirib.

Qeyd olunub ki, hadisə yerində xilasetmə işləri davam edir.
Xəbəri paylaş