Ölkə rəhbərliyi tərəfindən regionların sosial-iqtisadi inkişafı ilə bağlı verilən mühüm qərarlar, həyata keçirilən islahatlar və görülən işlər Yevlaxda həyatın bütün sahələrində canlanmanı intensivləşdirib. Su təchizatının yaxşılaşdırılması, işsizlik probleminin minimuma endirilməsi, infrastrukturun qurulması, yaxud müasir standartlara uyğunlaşdırılması, sosial-iqtisadi göstəricilərin yüksəldilməsi və.s istiqamətlərdə hərtərəfli fəaliyyətin nəticəsi yüksək səviyyədə özünü göstərməkdədir.
Möhtərəm cənab prezident İlham Əliyevin tapşırıq və tövsiyələri əsasında Azərbaycan Respublikasının qanunları çərçivəsində öz fəaliyyət istiqamətlərini və prinsiplərini müəyyən edən Yevlax Şəhər İcra Hakimiyyəti və qurumun rəhbərliyi bütün proseslərdə aparıcı rolda çıxış edir. Alınan qərarların və həyata keçirilən bütün tədbirlərin vətəndaş məmnunluğunu təmin etməsinə xüsusi diqqət yetirilir. Ümumi mənzərə onu deməyə əsas verir ki, zaman keçdikcə Azərbaycanın mərkəzi rayonlarından biri kimi tanınan, mühüm nəqliyyat qovşaqlarının kəsişməsində yerləşən Yevlax rayonu ümumrespublika əhəmiyyətli şəhərlərdən biri kimi ölkəmizin hərtərəfli inkişafına geniş şəkildə töhfələr verəcək.
Anar Salehoğlu,
İctimai-siyasi fəal