İşğaldan azad edilən şəhər və rayonlarımızın beynəlxalq aləmdə tanıdılması, təbliği istiqamətində təqdirəlayiq addımlar atılır.
Newscenter.az xəbər verir ki, artıq Almaniyada bu istiqamətdə ilk addımlar atılıb. KhayalVan Construction MMC-nin, eyni zamanda, Sevara Group Spolka ZO.O şirkətinin direktoru Rəşad Quliyev deyib ki, rəhbərlik etdiyi şirkət Almaniyada yeni LAÇIN brendi ilə fəaliyyətə başlayır.
"Logomuzda Hoçaz dağı, meşəsi, Həkəri çayı və Laçının simvolu olan qartal da yer alıb",-deyə Rəşad Quliyev bildirib.
Anar Əliyev