Beyin qanamasını dayandıra bilən nanorobotlar istehsal edilib.
Newscenter.az xarici mediaya istinadən xəbər verir ki, beynəlxalq tədqiqat qrupu kiçik virus ölçülü nanobotların dəstələri yaratmaqla beyin qanaxmalarını dayandırmaq potensialına malik texnologiya üzərində işləyir. Çin və İngiltərə alimlərinin üzərində işlədikləri maqnitlə idarə olunan cihazlar bədən damarlarından qanaxmanın qarşısını ala bilir.
Bir təcrübədə, milyardlarla dərmanı daşıyan mikroskopik bir quruluş, sınaq heyvanının yuxu arteriyasındakı model anevrizmanı təhlükəsiz şəkildə müalicə edə bilir.
Hələ insanlarda sınaqdan keçirilməsə də, komanda bu texnologiyanın insanlarda təhlükəsiz şəkildə istifadə oluna biləcəyinə inanır.
Nanobotların qoruyucu qabığı 42,5 dərəcə Selsi temperaturunda insan bədən istiliyindən bir qədər yüksəkdə əriyən maddədən hazırlanıb.
Mehman Mehdiyev