"Ermənistanla sülh müqaviləsi şərtlərinin səksən faizinin razılaşdırıldığı deyilsə də, hələ bir neçə bəndin razılaşdırılmasında problem olduğu bildirilib. Görünən odur ki, əsas vacib bəndlərin razılaşdırılmasında problemlər var".
Newscenter.az-ın xəbərinə görə, bunu ƏHD Partiyası sədrinin müşaviri Azər Qasımov deyib. Onun sözlərinə görə, hələ Azərbaycan və Ermənistan arasında işğal dövründə gedən danışıqlarda da bir neçə bəndi razılaşdıra bilmirdilər və bu bəndlər əsas bəndlər idi:
"Bunun da sonu bəllidir. Sonda Azərbaycan danışıqlardan bezib məsələni müharibə yolu ilə həll etdi. İndi də bir neçə bənd Azərbaycan-Ermənistan münasibətlərinin əsasını təşkil edir ki, bu bəndlər razılaşdırılmayınca iki ölkə arasında sülh müqaviləsi ola bilməz Ermənistan buna can atsa da, görünən odur ki, bu bəndlər arasında elə məsələlər var ki, bu, Azərbaycan üçün prinsipial məsələlərdir. Bura, fikrimcə, təzminat, Ermənistandan qovulan azərbaycanlıların geri qayıtması kimi məsələr aid ola bilər. Ermənistanın konstitusiyasına dəyişiklik məsələsi də vardır".
Azər Qasımov deyib ki, COP29-a kimi sülh müqaviləsi imzalanmasının mümkünlüyü üçün zaman azalır:
"Amma hər an hər şey ola bilər. Hesab edirəm ki, əgər Zəngəzur dəhlizi məsələsi Azərbaycanın istəyinə görə həll edilərsə, sülh müqaviləsi COP29-a kimi bağlana bilər. Azərbaycan bu güzəştə gedə bilər".
Süleyman