Mən İrəvanın sülh prosesi ilə bağlı verdiyi ümidverici bəyanatlarına baxmayaraq tezliklə Ermənistan-Azərbaycan arasında sülh müqaviləsinin imzalanacağını gözləmirəm. Çünki Ermənistanın destruktiv mövqeyi, sülh imitasiyası, müxtəlif bəhanələrlə prosesi əngəlləməsi bu dövlətin çirkin niyyətlərindən, hansısa məkrli planlarından xəbər verir.
Newscenter.az xəbər verir ki, bunu AMİP Siyasi Şurasının üzvü, partiya liderinin köməkçisi Əli Oruclu deyib. O bildirib ki, İrəvan sülh sazişinin imzalanmasına ən ciddi mane olan Konstitusiya və digər qanunlarına dəyişikliklər etməkdən yayınır:
"İndi də məlum olur ki, keşiş Baqtarı yenidən dövriyyəyə salıb, gərginliyə doğru addımlar atılır. Ermənistan Azərbaycanın sərhəd ərazilərini intensiv atəşə tutur, sürətlə silahlanır, Qərbdən hər cür dəstək alır. Habuki sülhə hazır olan dövlət konfrantasiya yaradan hərəkətlərdən çəkinməlidir. Qəribəsi odur ki, sülhü təşviq etdiyini söyləyən ABŞ və onun qərbli müttəfiqləri Ermənistan-Azətbaycan arasında əldə olunmuş kövrək etimad mühitini də zədələməklə məşğuldurlar. Mən o fikirdəyəm ki, Ermənistan və onun havadarları Azərbaycanla sülhə hazır deyil və bunu da istəmirlər. Onların məqsədi Cənubi Qafqazda gərginliyi saxlamaq, Bakıya və region ölkələrinə Ermənistan üzərindən təzyiqləri artırmaqdır. Bunu Bakı da anlayır".
AMİP funksioneri hesab edir ki, Türkiyə, Rusiya və Azərbaycan İrəvana basqıları artırsalar, o zaman sülh prosesinin sürətləməsinə nail olmaq mümkündür:
"Əks təqdirdə nə indi, nə sabah, nə də heç vaxt Ermənistan-Azərbaycanla sülh sazişi imzalamayacaq".
Süleyman