Vətəndaş Həmrəyliyi Partiyasının üzvü Fəzail İbrahimli bundan sonra vitse-spiker olmayacaq. Newscenter.az xəbər verir ki, vitse-spiker vəzifəsinə Musa Qasımlının namizəd kimi irəli sürülməsi belə deməyə əsas verir.
Politoloq Zeynal Əmrəliyev də bu qənaətdədir. Onun sözlərinə görə, Musa Qasımlının bitərəflər tərəfindən vitse - spikerliyə namizəd göstərilməsi onu deməyə əsas verir ki, azsaylı partiyaların sedarətdəki nümayəndəsi də dəyişiləcək.
"Eyni rayondan 2 tarixçi alimin parlament sədarətində oturmasına inanmıram",- deyə Zeynal Əmrəliyev vurğulayıb.
Anar Əliyev