Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Müxtəlif təyinatlı maşın ixracı artıb

Müxtəlif təyinatlı maşın ixracı artıb


Cari ilin 8 ayında Türkiyədə müxtəlif təyinatlı maşın ixracı artıb.

Newscenter.az Maşın İxracatçıları Birliyinə istinadən xəbər verir ki, Türkiyənin sərbəst zonalar da daxil olmaqla cəmi maşın ixracı yanvar-avqust dövründə 18,3 milyard dollar təşkil edib.

Son 12 ayda maşın ixracatı 28,2 milyard dollar olaraq reallaşıb.

Avqust ayında aylıq 2,4 milyard dollarlıq ixracat ilə son 12 aylıq ortalamaya yaxın bir nəticə əldə edən sektorun kiloqram başına orta ixrac vahid qiyməti 7,5 dollar olaraq hesablanıb.

Keçən ay ABŞ-a təxminən 200 milyon dollarlıq maşın ixrac edən sektor, bu ölkəyə 8 aylıq ixracatını 12,2 faiz artıraraq 1,4 milyard dollara çatdırıb.

Anar Əliyev
Xəbəri paylaş