Rusiya Federasiyasının İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilməsi təklif olunur.
Newscenter.az TASS-a istinadən bildirir ki, mövcud qanunvericiliyə əsasən, qeyri-ənənəvi cinsi münasibətlərin təbliği, habelə cinsiyyətinin dəyişdirilməsi vətəndaşları 50 min rubldan 100 min rubla qədər, vəzifəli şəxsləri 100 min rubldan 200 min rubla qədər cərimə ilə üzləşdirir. Hüquqi şəxslər isə belə hallarda 800 mindən 1 milyon rubla qədər və ya 90 günə qədər fəaliyyətin dayandırılması ilə cəzalanacaq.
Yetkinlik yaşına çatmayanlara qarşı təbliğat aparılırsa, o zaman cərimələrin aşağı və yuxarı həddi 2 dəfə artırılır. Kütləvi informasiya vasitələri və ya internet vasitəsilə təbliğat aparılarsa, hüquqi şəxsləri 4 milyon rubla qədər cərimə gözləyir.
Mehman Mehdiyev