Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

SEPAH öz üzvlərinə rabitə avadanlıqlarından istifadə etməyi qadağan edir

SEPAH öz üzvlərinə rabitə avadanlıqlarından istifadə etməyi qadağan edir


İslam İnqilabı Keşikçiləri Korpusu Livanda silsilə partlayışlarından sonra öz qoşunlarına hər hansı texniki rabitə vasitələrindən istifadə etməyi qadağan edib.

Newscenter.az bildirir ki, bu barədə İran təhlükəsizlik xidmətindəki mənbələrə istinadən Reuters agentliyi məlumat yayıb.

Məlumata görə, İran İnqilabı Keşikçiləri Korpusu təkcə rabitə cihazlarını deyil, demək olar ki, bütün texniki avadanlıqları da genişmiqyaslı yoxlamaya başlayıb.

İran İnqilabı Keşikçiləri Korpusu həmçinin İsraillə əlaqəli mənbələrdən maliyyə alanları müəyyən etmək üçün öz hərbi personalı, orta və yüksək səviyyəli zabitləri haqqında hərtərəfli araşdırmaya başlayıb.

Mehman Mehdiyev
Xəbəri paylaş