Bu il ilin əvvəlindən indiyə qədər 12 325 etnik qazax öz tarixi vətənlərinə qayıdıb və vətəndaşlıq statusu alıb.
Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, bu barədə Qazaxıstanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.
Bildirilib ki, ümumilikdə 1991-ci ildən bu günə qədər respublikaya 1 milyon 140,7 min etnik qazax qayıdıb.
Bu il Qazaxıstana köçənlərin 45 faizi Çindən, 39,2 faizi isə Özbəkistandan gəlib.
Onların 58,2%-i əmək qabiliyyətli yaşda olanlardır. Əmək qabiliyyətli yaşda olanlar arasında 17,8%-i ali, 24,2%-i orta ixtisas təhsilli, 54,1%-i ümumi orta, 3,6%-i isə təhsilsizdir.
Nərgiz Əzizova