Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Cənab Prezident gənclərin qarşısında mühüm vəzifələr qoymuş oldu

Cənab Prezident gənclərin qarşısında mühüm vəzifələr qoymuş oldu


“Gənc nəslin milli ruhda, vətənpərvər, bilikli və savadlı böyüməsi hər zaman dövlətin qarşısında duran prioritet vəzifə olub. Ötən gün VII çağırış Milli Məclisin ilk iclasında proqram xarakterli çıxışı zamanı Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev də bu məsələyə bir daha diqqət ayıraraq gənclərin qarşısında mühüm vəzifələr qoymuş oldu”.

Bu fikirləri Newscenter.az-a “Təhsilə Dəstək və Maarifləndirmə” İctimai Birliyinin sədri Süleyman İsmayılbəyli səsləndirib. İctimai Birlik sədrinin sözlərinə görə, ölkənin gələcəyinin gənclərdən asılı olduğunu nəzərə alan dövlət başçısı gənclərin vətənpərvər, eyni zamanda bilikli və savadlı olmasının vacibliyini bildirib:

“Ümumiyyətlə, Cənab Prezident bütün görüşlərində bu tezisə xüsusi diqqət çəkir, gənclərə öz tövsiyələrini verir. Elə bir neçə gün əvvəl Xankəndidə Qarabağ Universitetinin tələbələri ilə görüşündə də dövlət başçısı eyni fikirləri səsləndirdi, gənclərimizi vətənpərvər, bilikli və savadlı olmağa, milli ruhda böyüməyə dəvət etdi. Ölkə prezidenti haqlı olaraq vurğuladı ki, gənc nəslin milli ruhda böyüməsi ölkəmizin gələcək inkişafının təminatçısıdır”.

İctimai Birlik sədrinin sözlərinə görə, dövlətin gənclərə yönəlik uğurlu siyasətinin nəticəsidir ki, Azərbaycan gənci hər zaman vətənpərvər ruhda böyüyüb:

“44 günlük Vətən Müharibəsində qələbəmizi şərtləndirən başlıca amillərdən biri də məhz bu idi. Uzun illər dövlətin bu sahəyə göstərdiyi diqqət və qayğı, gənc nəslin vətənpərvər ruhda böyüməsi istiqamətində görülən işlərin nəticəsi idi ki, həmin gənclər də İkinci Qarabağ Müharibəsində mislisiz qəhrəmanlıqlar göstərərək tarixi zəfərimizə imza atdılar”.

Anar Əliyev
Xəbəri paylaş