Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Çinlə nəqlyyat sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib

Çinlə nəqlyyat sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib


Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Çinin nəqliyyat naziri Li Siopenlə görüşüb.

Newscenter.az xəbər verir ki, bu barədə nazir özü facebbok hesabında məlumat verib. Bildirib ki, görüşdə Azərbaycan və Çin arasında nəqliyyat sahəsində münasibətlərin cari vəziyyəti və gələcək inkişaf perspektivləri, Orta Dəhliz çərçivəsində əməkdaşlığı müzakirə edilib.

Bundan başqa iki ölkə arasında normativ-hüquqi bazanın təkmilləşdirilməsi, həmçinin avtomobil və dəmiryolu, ictimai nəqliyyat, hava nəqliyyatı sahələrində Çin tərəfi ilə əməkdaşlığın genişləndirilməsi haqqında fikir mübadiləsi aparılıb.

"Çinin nəqliyyat nazirini ölkəmizdə COP29 çərçivəsində “Dayanıqlı və rəqəmsal Orta Dəhliz” və “Yaşıl ictimai nəqliyyat” mövzularında keçiriləcək nazirlər iclaslarına dəvət etdik",-deyə Rəşad Nəbiyev bildirib.

Süleyman
Xəbəri paylaş