Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Getdikcə daha normal və sərbəst şəraiti olan evlərin tikintisinə başlamaq lazımdır

Getdikcə daha normal və sərbəst şəraiti olan evlərin tikintisinə başlamaq lazımdır


"İşğaldan azad edilən ərazilərdə kəndlərin və ya qəsəbələrin tikintisində düşərgə tipli, yəni yan-yana eyni formalı evlərin tikilməsi heç də normal görüntü yaratmır. Bu, sanki müvəqqəti yerləşmə məntəqələrinə oxşayır".

Newscenter.az xəbər verir ki, bunu ƏHD Partiyasının sədrinin müşaviri Azər Qasımov deyib. O bildirib ki, uzun-uzadı sıra ilə bir və iki mərtəbəli, əksər halda bir mərtəbəli binalar, fikrimcə, həm görüntü baxımından, həm də insanların yaşayışı üçün diskomfort yaradan layihədir:

"Əvvəllər işğal dövründə belə yaşayış evlərini qaçqın və məcburi köçkünlər üçün qəsəbələr şəklində tikirdilər. İndi bunların görüntü cəhətdən nisbətən müasir formasını kəndlərdə tikirlər.

Təklif edirəm ki, kəndlərdə evlər əvvəla müxtəlif layihə ilə, sonra isə dağınıq şəkildə bir-iki bina olmaqla aralı tikilsin. Binaları bir-birinin yanına yerləşdirməklə, həm də açıq çəpərlə insanlarda narahatlıq və mənəvi boşluq yaradır. İnsan özünü hansısa düşərgədəki kimi hiss edir, öz evindəki kimi yox. İnsanın rahatlığı və sərbəstliyi pozulur".

"Hələ işğala təzə son veriləndə kəndlərin bir yerə yığılaraq qəsəbə tipli yaşayış yerləri tikməyi ilk mən təklif etmişdim, daha tez məskunlaşmaq üçün. Buna etiraz edənlər olmuşdu. Amma görünən odur ki, hakimiyyətin də fikri belə olmuşdu. Amma hesab edirəm ki, getdikcə daha normal və sərbəst şəraiti olan evlərin tikintisinə başlamaq lazımdır. Çünki indi heç yerə tələsmirik",-deyə Azər Qasımov bildirib.

Süleyman
Xəbəri paylaş