Qazaxıstanda Hava Hücumundan Müdafiə Qüvvələri komandanı vəzifəsindən azad edilib.
Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, prezident Kasım-Jomart Tokayev Nurtas Kabakovun yerinə Kayrat Dauitovu Hava Hücumundan Müdafiə Qüvvələri komandanı vəzifəsinə təyin edib.
Xatırladaq ki, bir müddət əvvəl müdafiə naziri Ruslan Jaksylykov generalları şəxsi heyətlə işdəki nöqsanlara görə tənqid etmiş, tabeliyində olanları isə “ölüm faktını tanıdıqlarına” görə danlamışdı. Nazir bildirib ki, Hava Hücumundan Müdafiə Qoşunları zenit hücumundan müdafiə qüvvələrinin komandiri Nurtas Kabakovun işdən çıxarılması ilə bağlı müraciət etməyi planlaşdırır.
Anar Əliyev