Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Polşa Azərbaycanlıları Şurası soydaşlarımız üçün təlim təşkil edəcək

Polşa Azərbaycanlıları Şurası soydaşlarımız üçün təlim təşkil edəcək



Polşa Azərbaycanlıları Şurası tərəfindən Varşava Azərbaycan evində bu ölkədə yaşayan azərbaycanlılar üçün təlim təşkil ediləcək.

Newscenter.az xəbər verir ki, bu barədə məlumatı Polşa Azərbaycanlıları Şurasının sədri Fərid Cəfərli verib.

Bildirib ki, belə təlimləri keçirməkdə məqsəd Polşada yaşayan azərbaycanlıları hüquqi baxımdan maarifləndirməkdir:

"Bu gün səhər saatlarında Krakov şəhərində yaşayan tələbə soydaşlarımızdan birinin evinə polis gələrək onu saxlayıb və prokurorluğa aparıb. Sorğu-sual zamanı məlum olub ki, bu soydaşımız 2 il əvvəl (2022-ci il) müvəqqəti yaşayış icazəsinə müraciət edən zaman bank hesabında lazım olan məbləğə dair arayış təqdim etmək üçün bir şəxsdən müəyyən ödəniş qarşılığında həmin məbləği (30-50 min pln) təmin edib. Bu məsələnin üstündən 2 il keçməsinə baxmayaraq bu gün, dövlət qurumunu aldatmaq səbəbi ilə həmin tələbə soydaşımız polis tərəfindən yaşadığı ünvandan aparılıb və 8000 PLN cərimə tətpiq edilib.

Onun dediyinə görə məbləği təmin etdiyi şəxs Qazaxıstan vətəndaşı olub və 2022-ci ildə bir çox azərbaycanlı da bu şəxs vasitəsilə sənəd işini həll edib.
Sorğu-sual zamanı ona 200 nəfərə yaxın şəxsin şəkilləri göstərilib və bu şəxslərin böyük əksıriyyəti azərbaycanlı, qazaxıstanlı, özbək və bu kimi ölkələrin vətəndaşları olub".

Fərid Cəfərlinin sözlərinə görə, son hadisələrdən görünür ki, dövlət tərəfindən bu kimi halların araşdırılmasına xüsusi olaraq diqqət yetirilir:

"Soydaşlarımızın diqqətinə çatdırmaq istəyirik ki, gələcəkdə kimsə bu məsələ üzrə çağırılsa və ya kimisə birbaşa aparsalar, hadisəni olduğu kimi desin. Çünki, bu hal, yerində həll edilmədən məhkəməyə gedərsə minimum cərimə 15000 PLN dən başlayacaq. Hətta həmin tələbə üçün həbs tədbirləri də görülə bilər. Bu gün Prokurorluğa aparılan soydaşımız hər şeyi olduğu kimi deyərək bu məsələdə 8000 PLN cərimə olundu. Və 1 il ərzində Polşanı tərk edilməsinə qadağa tətbiq olundu".

Fərid Cəfərli, "Bütün bunları nəzərə alaraq Varşava Azərbaycan Evində soydaşlarımız üçün təlimlər keçirməyi düşünürük",-deyə bildirib.

Anar Əliyev
Xəbəri paylaş