Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Prezidentin parlamentdə çıxışı yeni Yol Xəritəsi idi

Prezidentin parlamentdə çıxışı yeni Yol Xəritəsi idi



“Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin VII çağırış Milli Məclisin ilk iclasında proqram xarakterli çıxışı ölkəmiz üçün yeni Yol Xəritəsi idi. Dövlət başçısı çıxışı zamanı bir sıra vacib məqamlara toxunaraq qarşıda duran vəzifələri bir daha həm parlamentarilərə, həm də ümumilikdə ölkə ictimaiyyətinə çatdırmış oldu”.

Bu fikirləri Newscenter.az-a “Milli İnkişaf” İctimai Birliyinin sədri Arzuman Muradlı səsləndirib. O bildirib ki, Cənab Prezident bir nömrəli vəzifə kimi hərbi gücümüzün artırılmasının vacibliyini vurğuladı:

“Dövlət başçısının da qeyd etdiyi kimi tarixi zəfərimizlə yekunlaşan İkinci Qarabağ Müharibəsi, eləcə də antiterror tədbirləri başa çatsa da, lakin hələ də Ermənistanda revaşizm meyilləri mövcuddur. Digər tərəfdən bu ölkənin bir tərəfdən sülh müqaviləsindən danışdığı halda, digər tərəfdən sürətlə silahlanması Azərbaycanı ehtiyatlı davranmağa, adekvat tədbirlər görməyə vadar edir. Bu tədbirlər isə ilk növbədə hərbi gücümüzün artırılmasıdır. Cənab Prezidentin qeyd etdiyi kimi bizim hərbi imkanımız, gücümüz olmasaydı, heç vaxt torpaqlarımızı işğalçılardan azad edə bilməzdik”.

Arzuman Muradlı onu da deyib ki, Ermənistanın silahlanması, regionda yenidən müharibənin başlamasında Qərbdəki bəzi dairələr, Fransa, Hindistan kimi ölkələr daha çox maraqlıdırlar:

“Onlar Ermənistandan vasitə kimi istifadə regionda öz maraqlarını təmin etməyə çalışırlar. Ona görə də dövlət olaraq hərbi gücümüzü daha da artırmalıyıq ki, regionda gərginlik yaratmaq istəyən qüvvələrin məkirli planlarının həyata keçməsinə imkan verməyək”.

İctimai Birlik sədri onu da deyib ki, VII çağırış Milli Məclisin ilk iclası həm parlament, həm də ölkə tarixidə bir ilk oldu və tarixə yazıldı:

“İlk dəfə idi ki, parlament seçkiləri bütün ölkə ərazisində keçirilirdi. 23 sentyabrda keçirilən iclas Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpasından sonra baş tutan ilk iclası idi. Bu tarix həm Müstəqil Dövlətimizin, həm də Parlamentarizm tarixinə qızıl hərflərlə yazılacaq”.

Süleyman
Xəbəri paylaş