"Fransa və son dövrlər ABŞ, Almaniya kimi dövlətlər ermənidən daha çox erməni olmaq iddiasından çıxış edərək sözügedən ölkəni sürətlə silahlandırır, ordusunu yenidən formalaşdırır. Təbii ki, onların fəallığının ardında erməni sevgisi deyil, qlobal müstəvidə davam edən güc mübarizəsinin regiona yansıması dayanır".
Bu fikirləri Newscenter.az-a AVP sədrinin beynəlxalq məsələlər üzrə köməkçisi Pərviz Mirizadə səsləndirib. Onun sözlərinə görə, hazırda Cənubi Qafqaz Rusiya, Çin, Türkiyə, və kollektiv Qərbin aparıcı simaları arasında yaşanan mübarizənin kəsişmə nöqtəsindən biridir:
"Belə olduğu təqdirdə siyasi iradəsi öz əlində olmayan Ermənistandan ölkəmizdə keçiriləcək COP-29 tədbirinə qədər sülh müqaviləsi istiqamətində ciddi irəliləyiş gözləmək inandırıcı səslənmir".
Süleyman