Türkiyə sərgi meydançalarının ölçüsünə görə dünyada 10-cu yerdədir.
Newscenter.az Türkiyənin Ticarət Nazirliyinə istinadən bildirir ki, Avropa məkanında isə sərgi meydançalarının böyüklüyünə görə Türkiyə 6-cı yerdə qərarlaşıb.
Təxminən 767 min kvadratmetr qapalı yarmarka sahəsi ilə Türkiyə dünya yarmarkalarının 1,7, Avropanın isə 4,54 faizinə ev sahibliyi edir.
Qeyd edək ki, ötən il Türkiyədə keçirilən yarmarkalarda 9 min 137 birbaşa xarici iştirak edib.
Natiq Orucov