Türkiyə Yaxın Şərqdə əsas açar rolunu oynaya bilər.
Newscenter.az Reuters-ə istinadən xəbər verir ki, bunu Çilinin xarici işlər naziri Alberto van Klaveren bəyan edib. O deyib ki, Türkiyə Yaxın Şərqdə gərginliyin qarşısının alınmasında konstruktiv rol oynaya bilər.
Ölkəsində çoxlu fələstinli olduğuna diqqət çəkən van Klaveren İsrail-Qəzza münaqişəsini yaxından izlədiklərini bildirib.
Qəzzada dərhal atəşkəs elan edilməsinə çağıran, daha çox qan tökülməsinin qarşısının alınmasının təcili ehtiyac olduğunu vurğulayan van Klaveren, "Çox uzun müddətdir. Ölənlərin sayı həddən artıq çoxdur və beynəlxalq humanitar hüquq pozuntuları çoxdur" deyib.
Mehman Mehdiyev