Türkiyədə Fətullahçı Terror Örgütünə (FETÖ) qarşı növbəti əməliyyat həyata keçirilib.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, əməliyyat İzmirdə olub. Əməliyyat İzmirin 12 vilayətində keçirilib.
"İzmir Respublika Prokurorluğu Terror Cinayətləri İstintaq Bürosu tərəfindən FETÖ-nün TSK strukturuna qarşı apardığı istintaq çərçivəsində 7 hərbi qulluqçu, 1 istefada olan hərbçi, 1 mülki zabit və 6 hərbi məktəb tələbəsi haqqında həbs qərarı çıxarılıb",-deyə məlumatda qeyd edilir.
Mehman Mehdiyev