Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycana qarşı aparılan informasiya blokadasını yaran peşəkar siyasət

Azərbaycana qarşı aparılan informasiya blokadasını yaran peşəkar siyasət


"Prezident İlham Əliyevin yürütdüyü siyasət Azərbaycanın müttəfiqlərinin və dostlarının sayını artırdı. Azərbaycan beynəlxalq müstəvidə layiqli yerini möhkəmləndirdi".

Newscenter.az xəbər verir ki, bunu YAP üzvü Anar Məmmədov deyib. O bildirib ki, regional və qlobal təşəbbüslər Azərbaycanın imicinin dünyada möhkəmlənməsinə, həm də bölgədəki əməkdaşlığın inkişafına xidmət etdi:

"Dünya ölkələrindən fərqli olaraq Azərbaycan 2020-ci ili tarixi Qələbə ilə başa vurur. Azərbaycanın Prezidenti və Silahlı Qüvvələrin Ali Baş Komandanı Vətən müharibəsinə başladı və qalib gəldi. Torpaq həsrətinə son qoyuldu. Azərbaycan xalqı və Azərbaycan ordusu cənab İlham Əliyevin liderliyi ilə əsl qəhrəmanlıq və şücaət nümayiş etdirərək on illər boyu işğal altında qalan torpaqlarımızı düşməndən təmizlədi və tarixi ədaləti bərqərar etdi. İkinci dünya müharibəsindən sonra Azərbaycan itirilmiş torpaqlarını geri qaytarmağı və ərazi bütövlüyünü bərpa etməyi bacaran yeganə dövlət oldu".

Hakim partiya təmsilçisi qeyd edib ki, müharibədə güclüykən sülhü seçmək həmişə məğlubiyyət kimi dəyərləndirilir:

"Amma ildırım sürətli müharibə ilə düşməni təslim edib sülhə məcbur etmək strateji düşüncənin və çox uğurlu diplomatik qələbənin parlaq nümunəsidir. Bəşər tarixində ən böyük fatehlər müharibələr zamanı məhz bu diplomtiya ilə qalib gələn sərkərdələr hesab olunublar. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandanı İlham Əliyev 44 günlük Vətən müharibəsində çox parlaq şəkildə bunu bacardı".

Anar Əliyev
Xəbəri paylaş