Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

BƏƏ bərpa olunan enerji mənbələrinin inkişafına sərmayə qoyacaq

BƏƏ bərpa olunan enerji mənbələrinin inkişafına sərmayə qoyacaq


Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Qazaxıstanda bərpa olunan enerji mənbələrinin inkişafına sərmayə qoyacaq.

Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, hazırda Birləşmiş Ərəb Əmirlikləri Qazaxıstanla 1 GVt “Yaşıl” enerji istehsalı üzərində işləyir.

BƏƏ-nin energetika və infrastruktur naziri Suheil Mohamed Al Mazroui deyib ki, gələcəkdə enerjinin daha təmiz formasına rahat keçid üçün neft-qaz sektoruna investisiyalar lazımdır. Onun sözlərinə görə, BƏƏ RES (bərpa olunan enerji) inkişafı sahəsində 48 ölkə ilə işləyir.

"Bu gün biz 40 ölkədə bu istiqamətin inkişafına 20 milyard dollardan çox sərmayə qoymaq niyyətindəyik. Biz Qazaxıstanla ən azı 1 QVt yaşıl enerjinin istehsalı üzrə işləməkdən məmnunuq".

Energetika və infrastruktur nazirinin sözlərinə görə, bu gün BƏƏ-də enerjinin təxminən 28%-i “yaşıl” mənbələrdən əldə edilir.

Natiq Orucov
Xəbəri paylaş