Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Cənab Prezident parlamentarilərin qarşısında mühüm vəzifələr qoydu

Cənab Prezident parlamentarilərin qarşısında mühüm vəzifələr qoydu



“VII çağırış Milli Məclisin açılış mərasimində çıxışı zamanı geni və əhatəli, proqram xarakterli çıxış edən Cənab Prezident İlham Əliyev həm ölkəmiz, həm də cəmiyyət və millət olaraq bizlərin, eyni zamanda parlamentarilərin qarşısında mühüm vəzifələr qoydu, lazımı tövsiyələrini verdi. Milli Məcliisin deputatı olaraq qanunverici orqandakı fəaliyyətimdə dövlət başçısının tezis xarakteri daşıyan çıxışı mənim üçün əsas istinad mənbəyi olacaq”.

Bu fikirləri Newscenter.az-a Milli Məclisin deputatı, Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayev səsləndirib. Millət vəkili deyib ki, dövlət başçısının çıxışı zamanı toxunduğu hər bir məsələ günümüzdə öz aktuallığını qoruyur və hər birimizi qeyd edilən məsələlərdə diqqətli olmağa vadar edir:

“Cənab Prezidentin xüsusi olaraq diqqət etdiyi məsələ ondan ibarət idi ki, dövlət olaraq hərbi gücüüzü, qüdrətimizi daha da artırmalıyıq. Çünki İkinci Qarabağ Müharibəsində Azərbaycan qarşısında biabırçı məğlubiyyətə uğramış Ermənistan hələ də bu məğlubiyyətlə barışmaq istəmir, zaman-zaman təxribatlara əl atır, müntəzəm şəkildə davam edən sülh danışıqlarına əngəl olmağa çalışır. Paralel olaraq Fransa, Hindistan kimi dövlətlərin dəstəyi ilə sürətlə silahlanan Ermənistan görünən odur ki, yeni bir müharibəyə hazırlaşır. Ona görə də dövlət baçısının qeyd etdiyi kimi İkinci Qarabağ Müharibəsi, antiterror tədbirləri geridə qalsa da, lakin hərbi gücümüzü bir qədər də artırmağa ehtiyac var. Çünki qarşı tərəf revanşizm, müharibə ritorikasındadır”.

Millət vəkilinin sözlərinə görə, Ermənistanın revanşizmə meyillənməsi, müharibə hazirlıqlarına başlamasının arxasında Qərbin regionda olan məkirli maraqları dayanır ki, dövlət başçısı da çıxışında bunu açıq şəkildə bəyan etdi və Qərbin Azərbaycana qarşı olan çirkin niyyətlərini açıqladı:

“Dövlət başçısının da qeyd etdiyi kimi xaricdəki bəzi dairələr, ölkələr Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsi, torpaqlarını işğaldabn azad etməsini qəbul etmək istəmir. Ona görə də Ermənistanı yeni bir müharibəyə sürükləyir. Bütün bunları nəzərə alaraq Cənab Prezidentin qeyd etdiyi kimi hrbi gücümüzü, qüdrətimizi daha da artırmalıyıq”.

Süleyman
Xəbəri paylaş