Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Cənab Prezidentin çıxışı Azərbaycan gerçəkliklərinin dünyaya inteqrasiyasi kimi tarixləşdi

Cənab Prezidentin çıxışı Azərbaycan gerçəkliklərinin dünyaya inteqrasiyasi kimi tarixləşdi


Respublikamızda növbədənkənar parlament seçkiləri də uğurla, böyük siyasi fəallıqla başa çatdı. Bu demokratik seçkilər təsdiqlədi ki, Azərbaycan dünyəvi, bəşəri dövlətdir, bu dövlətdə hər bir vətəndaşın hüquqları Konstitusiyanın tələbələri ilə ciddi şəkildə qorunur. Bu seçkilər onu da təsdiqlədi ki, Azərbaycanda vətəndaş cəmiyyəti birmənalı şəkildə dövlətçilik atributları səviyyəsində qorunur, mühafizə edilir, yaşadılır. Sentyabrın 23-də VII çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin çıxışı da məhz bu gerçəkliklərin ifadəsi kimi dinlənildi.

Çıxışında İkinci Qarabağ müharibəsi və antiterror əməliyyatının arxada qaldığını, dünyada gedən proseslərin, yeni müharibə ocaqlarının yaradıldığını, Ermənistanda revanşizm meyillilərinin baş qaldırdığını da xatırladan cənab Prezident qeyd etdi ki, İkinci Dünya müharibəsindən sonra formalaşmış təhlükəsizlik arxitekturası artıq mövcud deyil, “Kim güclüdür, o da haqlıdır” prinsipi üstünlük təşkil edir və artıq bəzi böyük dövlətlər bunu heç gizlətmirlər”.

İkinci Qarabağ müharibəsi Azərbaycan Ordusunun tarixi Zəfəri ilə başa çatdı, torpaqlarımız işğaldan azad edildi. Azərbaycanın ərazi bütövlüyü tam bərpa edildi. Bu Zəfər dünyanın nizamını dəyişdi, gerçəkliklərin işğalı susdurması bəşərililiyin təntənəsi kimi tarixləşdi. Bunun icraçısı Azərbaycan Ordusu oldu. VII çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasında çıxışında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev dedi: “Ermənistan və onun arxasında duran istənilən ölkə bilməlidir ki, bizimlə şantaj və ultimatum dili ilə danışmaq mümkün olmayacaq. İkinci Qarabağ müharibəsindən keçən dövr ərzində öz hərbi gücümüzü böyük dərəcədə artırmışıq, yeni silahlı birləşmələr yaradıldı, Xüsusi Təyinatlı Qüvvələrin say tərkibi bir neçə dəfə artırıldı. Yeni Xüsusi Təyinatlı Qüvvələr, Komando qüvvələri yaradıldı və onların da say tərkibi ildən-ilə artır və artacaq. Digər xüsusi təyinatlı silahlı birləşmələr yaradılmışdır və gecə-gündüz təlim işləri aparılır. Ordumuzun döyüş qabiliyyəti artır, texnika ilə təchizat lazımi səviyyədə təmin edilir və təmin ediləcəkdir”

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev çıxışında 75 il əvvəlin tarixi ilə - Böyük Vətən müharibəsi ilə 2020-ci il sentyabrın 27-də başlayan İkinci Qarabağ müharibəsi arasında məntiqi müqayisə də gətirdi, bu müqayisə ilk dəfə səsləndirildiyinə və xarakteristikasının eyniliyinə görə yaddaşlarda və tarixdə qalacaq: “İkinci Qarabağ müharibəsində məhz Azərbaycanın təşəbbüsü ilə sülh danışıqları başlamışdır. O vaxt nə Ermənistan, nə başqa ölkələr, ümumiyyətlə, gələcək nədən ibarət olacaq, bu haqda heç öz fikirlərini formalaşdırmamışdılar”.

Çıxışında tarixi Zəfərdən sonra Azərbycanın beynlxalq nüfuzunun bir neçə dəfə artdığını, beynəlxalq mövqelərinin möhkəmləndiyini, beynəlxalq ictimaiyyətin Azərbaycanın yanında olduğunu xatırladan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev dedi ki, “Bundan sonra da xarici siyasətdə geriyə heç bir addım olmayacaq. Dostlarımızın bütün qitələrdə sayı artır. İkinci Qarabağ müharibəsindən və suverenliyimizi bərpa edəndən sonra daha fəal xarici siyasət aparacağıq. Vaxtilə mövcud olmadığımız bölgələrlə indi çox ciddi təmaslar qurulur, həm sərmayə qoyuluşu layihələri nəzərdən keçirilir, eyni zamanda, müxtəlif sahələrdə əməkdaşlıq üçün yeni imkanlar yaranır. Təbii olaraq, ənənəvi tərəfdaşlarımızla, dostlarımızla münasibətlərimiz yerindədir və daha da inkişaf edir və edəcək”.

Azərbaycan Respublikasının Prezidenti cənab İham Əliyev Millli Mıclisdə çıxışında ölkələrarası münasibətdə ikitərəfli əlaqələrin hansı formatda qurulduğuna da, hansı formatda davam etdirildiyinə də fəlsəfi mahiyyətlə yanaşdı. Bu, bəşəriliyin dərki baxımından dünya ictimaiyyətini, dövlətləti ciddi düşündürməlidir: “Kim bizimlə Qarabağın Azərbaycana qaytarılmasına sevinirsə, o, bizim dostumuzdur, qardaşımızdır. Vaxtilə bir-biri ilə rəqabət aparan xarici qüvvələr və ölkələr çalışırdılar ki, Azərbaycanda ictimai fikirdə söz sahibi olsunlar. İstəyirdilər ki, onların əlaltıları vasitəsilə bizim media məkanında istənilən təxribatı ortaya ataraq, vəziyyəti öz xeyrinə dəyişdirsinlər”.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin VII çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasında çıxışında dediyi fikirlər Vətən adından deyilən fikirlərdir və belə dinlənildi, belə də tarixləşdi. Bu çıxışda sabahlara böyük inam da var. Dövlətçiliklə səsləşən bu inam daha güclü Azərbaycan deməkdir: “Qarabağın və Şərqi Zəngəzurun bərpası bizim hər birimizin önəmli vəzifəsidir. Müharibədən sonra bu ilin sonuna qədər xərclənməyə nəzərdə tutulan vəsait 19 milyard manatdır. Vəsaitin mütləq əksəriyyəti infrastruktur layihələrinə xərclənib. Eyni zamanda, keçmiş köçkünlərin qaytarılması üçün də işlər görülür və səkkiz mindən çox keçmiş köçkün artıq Qarabağa və Şərqi Zəngəzura yerləşib və hər ay, hər il onların sayı artacaqdır”.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin VII çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasında çıxışı Azərbaycanın dövlətçilik tarixində hadisə kimi yadda qalacaq. Azərbaycan vətəndaşları bu çıxışı Azərbaycan gerçəkliklərinin dünyaya inteqrasiyası kimi dəyərləndirir.

Səbinə XASAYEVA,

Milli Məclisin deputatı
Xəbəri paylaş