Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ermənistan tərəfindən bizə qarşı təxribatlar yenidən baş qaldıra bilər


Ermənistan tərəfindən bizə qarşı təxribatlar yenidən baş qaldıra bilər


"Ermənistanla sülh müqaviləsinin imzalanması üçün aparılan ikitərəfli danışıqlarda yekun nəticə əldə olunmur. Sülh olmadığı təqdirdə isə Ermənistan tərəfindən bizə qarşı təxribatlar yenidən baş qaldıra bilər".

Newscenter.az xəbər verir ki, bunu politoloq Vüqar Əhmədov deyib. O bildirib ki, dövlətimizin Qarabağda həyata keçirdiyi keçmiş məcburi köçkünlərimizin böyük qayıdışı və quruculuq işlərini Qərb dairələri, ermənilər həzm edə bilmir:

"Ona görə yenidən süni şəkildə qondarma separatçıların “hüquqlarını” beynəlxalq müstəvidə gündəmə gətirirlər".

Politoloq deyib ki, Qarabağda aparılan geniş yenidənqurma işləri ilə yanaşı Qərbi Azərbaycan konsepsiyasi, Qərbi Azərbaycana qayıdış dövlətimiz qarşısında duran əsas hədəflərdəndir.

Anar Əliyev
Xəbəri paylaş