Estoniyanın Tıcarət Palatası, Səhiyyə və Təhsil Nazirliklərinin nümayəndə heyəti Azərbaycana səfərə gəlib. Səfər çərçivəsində Estoniyanın Azərbaycandakı konsulluğunda görüş təşkil edilib.
Newscenter.az-ın xəbərinə görə, görüşdə Estoniya tərəfinin istəyi ilə VI çağırış Milli Məclisin deputatı Jalə Əhmədova da iştirak edib. Bu barədə Jalə Əhmədova özünün facebook sosial şəbəkə hesabında məlumat verib.
O bildirib ki, görüş zamanı Azərbaycan Respublikası və Estoniya Respublikası arasında ikitərəfli münasibətlər, iqtisadi və ticari əlaqələrin genişləndirilməsi, investisiya qoyuluşu məsələləri müzakirə edilib.
Süleyman