Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İrana güvənmək olmaz

İrana güvənmək olmaz


"Türkiyə hərbi nəqliyyat təyyarələri Livanın paytaxtı Beyruta müntəzəm reslər təşkil edir. Bunlar İsrailin Livana hava zərbələri fonunda baş verir. Yəni, Ərdoğan hökuməti İsrailin iddialarının təkcə Fələstinlə yekunlaşmayacağını bilir və hərbi hazırlığını, müqavimət gücünü artırır".

Newscenter.az xəbər verir ki, bunu AVP sədrinin beynəlxalq məsələlər üzrə köməkçisi Pərviz Mirizadə deyib. Onun sözlərinə görə. bunu prezident Ərdoğan aylar əvvəl öz çıxışı zamanı da vurğulamışdı və bu günlərdə ABŞ-da BMT kürsüsündən bir daha dünya ictimaiyyətini Təl-Əvivin etdiklərindən dolayı xəbərdar etdi:

"Bu həm də hesab edirəm ki, İsraillə yüksək ehtimal hərbi toqquşma üçün zəmin hazırlamaq idi. Rəsmi Ankara İsrailin Qəzzada olduğu kimi heç bir ciddi maneəsiz Livana daxil olmasına və ondan sonra hər hansı bir bəhanə ilə Suriyaya müdaxilə etməsinə göz yummayacaq. Türkiyə bilir ki, onlar bu işi tək başına icra etmək məcburiyyətindədir. Yəni, bu qədər ciddi bir məsələdə İrana və yaxud Ərəb dünyasına güvənmək olmaz. Mövqeləri tez dəyişkəndir".

Anar Əliyev
Xəbəri paylaş