2030-cu ilə qədər Qazaxıstanda neft hasilatının həcmi ildə 100 milyon tona qədər artacaq
Qazaxıstan 2030-cu ilə qədər neft hasilatını ildə 100 milyon tona (təxminən 730 milyon barel) çatdırmaq niyyətindədir.
Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, 2023-cü ildə Qazaxıstanda 90 milyon ton neft hasil edilib (655 milyon barel), ixrac isə 70,5 milyon ton olub. (517 milyon barel)
2023-cü ildə Qazaxıstanda təbii qaz hasilatı isə 59,1 milyard kubmetrə çatıb. 2030-cu ilə qədər isə bu rəqəmin 90,7 milyard kubmetrə çatdırılması planlaşdırılır.
Natiq Orucov