Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Prezident İlham Əliyev strateji hədəfləri göstərdi

Prezident İlham Əliyev strateji hədəfləri göstərdi


"Prezident İlham Əliyevin Milli Məclisdə 7-ci çağırış deputatların ilk iclasında, ölkə və xarici auditoriyaya yönəlik vacib məsələlərə toxunaraq mühüm mesajlar verməsi onu göstərir ki, bəzi ölkələr yenidən Ermənistan üzərindən və digər vasitələrlə ölkəmizə qarşı çirkin planlar qurur və bu planlar regionda mühüm layihələrin həyata keçirilməsi istiqamətində ziddiyyətli məqamlara gətirib çıxarır".

Bu fikirləri Newscenter.az-a siyasi ekspert Çingiz Şahbazi dövlət başçısının parlamentdə çıxışını şərh edərkən səsləndirib. O bildirib ki, ölkə başçısının diqqət çəkdiyi və verdiyi mesajların ən başında ölkənin suverenliyi və ərazi bütövlüyü, təhlükəsizliyi yer aldı:

"Prezident bir nömrəli vəzifə olaraq, hərbi gücümüzün artırılmasını qeyd etdi. O diqqəti bu istiqamətə yönəldərək, dünyada baş verən hadisələri və ətrafında baş verən gərginlikləri xüsusi olaraq vurğuladı. Həmçinin Ermənistanda revanşisimin artması, bizi məcbur edir ki, hərbi potensialımızı daha da inkişaf etdirək və gücümüzü artıraq. Hərbi sahəyə daha çox diqqət yetirməyimizi önə çəkməklə ölkə başçısı həmçinin Şərqi Zəngəzurun bərpasına da nail olmaq üçün məhz bu sahənin inkişafının vacibliyini diqqətə çatdırıb. Konkret olaraq prezident İlham Əliyevin çıxışı deməyə əsas verir ki, 44 günlük Vətən Müharibəsində qələbəmizi həzm edə bilməyən xarici qüvvələr var və onlar konkret olaraq ölkəmizə qarşı çirkin planlar hazırlayırlar. Ermənistanda əlaltıları vasitəsilə Azərbaycana qarşı revanşist mühitin yaradılmasına çalışırlar".

Ekspert bildirib ki, Ermənistan üzərində əldə etdiyimiz qələbə, bizi tam olaraq suverenliyimizin bərpa olunmasına qovuşdurdu və bu da ölkəmizə yeni imkanlar verir. Azərbaycan beynəlxalq aləmdə nüfuzunu artırır və mövqeyini gücləndirir:

"COP29 -ın ölkəmizdə keçirilməsi təşəbbüsü Azərbaycanın dünyadakı nüfuzunu daha da artırır və mövqeyini gücləndirir. Prezident İlham Əliyev əslində strateji hədəfləri göstərdi. Məhz bu səbəbdən bu çıxışı gələcək üçün siyasi istiqamət adlandırmaq olar. Düşünürəm ki, strategiya doğru istiqamətlənib və hədəflərə çatmaq üçün daxildə olan problemləri də aradan qaldırılması istiqamətində ciddi addımlar atılacaq və dünyada ölkəmizin adına daha da hörmətlə yanaşılması üçün mühüm işlər görüləcək".

Anar Əliyev
Xəbəri paylaş