
"Türkiyə kimi regionda və dünyada güclü bir dövlətin Azərbaycanın mövqeyini dəstəkləməsi Vətən müharibəsində bizə çox böyük siyasi və mənəvi dəstək oldu, gücümüzə güc qatdı".
Newscenter.az xəbər verir ki, bunu YAP üzvü Zaur Mehdiyev deyib. O bildirib ki, Türkiyə Azərbaycanın yaxın dostu və müttəfiqidir:
"Bu iki qardaş dövlət məsuliyyətli tarixi məqamlarda bir yumruq kimi birləşərək bu birliyin sarsılmaz olduğunu bütün dünyaya nümayiş etdirə bilir. Bu, tarixən də belə olub, illər keçsə də belə olacaq. Türkiyənin regionda gücü postmüharibə dövründə bölgəmizdə çox önəmli və müsbət rol oynayır.Ulu Öndər Heydər Əliyevin müdrikcəsinə dediyi “Bir millət, iki dövlət” və Türkiyə Cümhuriyətinin qurucusu Mustafa Kamal Atatürkün “Azərbaycanın kədəri bizim kədərimiz, sevinci bizim sevincimizdir” kəlamları hər iki dövlətin gələcək nəsilləri üçün qoyduğu çox dəyərli bir mirasdır".
Anar Əliyev