Türkiyədə göbələkdən zəhərlənmə hadisəsi qeydə alınıb.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, hadisə Kastamonuda olub. Belə ki,
Kastamonun İnebolu rayonunda göbələkdən zəhərlənən 5 nəfər xəstəxanaya yerləşdirilib.
Belə ki, Yukarıçaylı kəndində Salih Tunoğlu (73), Fatma Tunoğlu (70), Sabahat Akman (50), Dursun Tunoğlu (58) və Sevim Tunoğlu (58) meşə ərazisindən topladıqları göbələkləri yedikdən sonra ürəkbulanma, qusma, qarın ağrısı kimi problemlərlə üzləşiblər.
İnebolu Dövlət Xəstəxanasına müraciət edən 5 nəfər müalicə olunub.
Vəziyyəti ağır olan Fatma Tunoğlu orada edilən müdaxilədən sonra Kastamonu Təhsil və Araşdırma Xəstəxanasına sövq edilib.
Nərgiz Əzizova