Amerika hava məkanında həyəcanlı və qorxulu anlar yaşanıb.
Newscenter.az Röyters-ə istinadən bildirir ki, ABŞ-da hava məkanında qarşı-qarşıya gələn iki təyyarənin toqquşmamaq üçün pilotun manevr etməsi nəticəsində 2 sərnişin xəsarət alıb.
Belə ki, “United Airlines” şirkətinə məxsus sərnişin təyyarəsinin havada başqa bir təyyarə ilə toqquşmasından yayınarkən məlum hadisə baş verib.
United Airlines-a məxsus sərnişin təyyarəsi San Fransisko Beynəlxalq Hava Limanına doğru enərkən daha aşağı hündürlükdə olan təyyarəni vurmamaq üçün sürətini azaldıb.
Mehman Mehdiyev