"Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində, ADY “Balakhani Operating Company LTD” şirkətinin Azərbaycan Respublikasındakı filialı ilə əməkdaşlıq çərçivəsində Sabunçu qəsəbəsindəki dəmir yolunun təhkim zolağında yaşıllaşdırma tədbirləri həyata keçirmiş və bu tədbirlər çərçivəsində 900-dən artıq zeytun ağacı tingi əkilmişdir.
Newscenter.az xəbər verir ki, ADY-nin bu təşəbbüsü BMT-nin Qlobal Sazişinə üzv olmaqla öz üzərinə götürdüyü davamlılıq və sosial məsuliyyət prinsipləri çərçivəsində həyata vəsiqə qazanır. ADY öz fəaliyyətində ətraf mühitin qorunması, sosial məsuliyyət və şəffaf idarəetmə (ESG) prinsiplərini əsas götürərək ətraf mühitin qorunmasına və iqlim dəyişikliyinə qarşı mübarizəyə xüsusi önəm verir. Bu il dəmir yollarında aparılan yaşıllaşdırma kampaniyaları çərçivəsindən minlərlə ağacın əkilməsi, o cümlədən Abşeron Dairəvi dəmir yolu marşrutu üzrə 30-a yaxın məntəqənin məişət tullantılarından təmizlənməsi ekoloji vəziyyətin yaxşılaşdırılmasına birbaşa xidmət edir.
ADY olaraq dayanıqlı inkişaf məqsədlərinə nail olmaq üçün həm yerli, həm də beynəlxalq tərəfdaşlarla sıx əməkdaşlıq edərək, daha yaşıl və ekoloji cəhətdən dayanıqlı gələcək üçün layihələrimizi ardıcıl şəkildə həyata keçirməkdə davam edəcəyik.
Yaşıl gələcək üçün birlikdə çalışaq!
Süleyman