Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Almaniya Ukraynanın enerji infrastrukturunun bərpası üçün 170 milyon avro ayıracaq

Almaniya Ukraynanın enerji infrastrukturunun bərpası üçün 170 milyon avro ayıracaq


Almaniya Ukraynanın enerji infrastrukturunun bərpası üçün 170 milyon avro ayıracaq.

Newscenter.az TASS-a istinadən bildirir ki, Alman Bundestaqı həmçinin Ukraynaya hərbi dəstək üçün ayrılan maliyyənin təxminən 400 milyon avro artırılmasına razılıq verib.

Bunu Almaniya Nazirlər Kabinetinin rəsmi nümayəndəsi Şteffen Hebestreyt deyib.

O, münaqişə nəticəsində Ukrayna şəhərlərinə və infrastrukturuna ciddi ziyan dəydiyini deyib.

O vurğulayıb ki, Bundestaq Ukraynaya hərbi dəstək üçün ayrılan vəsaiti təxminən 400 milyon avro artırmağa razılaşıb:

“Bu, əlavə hava hücumundan müdafiə sistemləri, tanklar, dronlar, döyüş sursatları və ehtiyat hissələrinin alınmasına imkan verəcək ki, bu da Ukrayna silahlı qüvvələrini effektiv şəkildə gücləndirəcək”.

Mehman Mehdiyev
Xəbəri paylaş