Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bakıda Anım Günü ilə əlaqədar ağacəkmə aksiyası keçirilib

Bakıda Anım Günü ilə əlaqədar ağacəkmə aksiyası keçirilib


Bakının Nərimanov rayonundakı Məmməd Araz və Aşıq Molla Cümə küçələri boyunca olan ərazidə genişmiqyaslı ağacəkmə aksiyası keçirilib.

Newscenter.az xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyəti, “Regional İnkişaf” İctimai Birliyi (RİİB) və Azərbaycan Könüllü Təşkilatları İttifaqının (AKTİ) birgə təşkilatçılığı ilə keçirilən aksiya 27 Sentyabr - Anım Gününə həsr olunub.

Aksiyada icra hakimiyyətinin əməkdaşları, struktur bölmələrin işçiləri, İctimai Birliyin könüllüləri və AKTİ-ın üzvləri iştirak ediblər.

Aksiya çərçivəsində ərazi yararsız tullantılardan təmizlənib, Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun 500 ədəd şam ağacı əkilib, damcı üsulu ilə suvarma sistemi quraşdırılıb, həmçinin ağaclara gələcəkdə qulluq göstərilməsi üçün cavabdeh şəxslər müəyyənləşdirilib.

Nərgiz Əzizova
Xəbəri paylaş