Beynəlxalq axtarışda olan qazaxıstanlı qadın Türkiyədə saxlanılıb.
Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, o, külli miqdarda dələduzluq etməkdə şübhəli bilinir.
Antalyada saxlanılan 42 yaşlı qazaxıstnlı qadın 2009-cu ildə Aktau şəhərində banklardan birinin direktor müavini olarkən daşınmaz əmlak almaq üçün maliyyə təşkilatına 200 min ABŞ dolları məbləğində kredit üçün müraciət edib.
Qadın pulu çıxararkən borcalanın imzasını saxtalaşdırıb.
Həbs edilən şəxs Qazaxıstana aparılıb.
Mehman Mehdiyev