Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Çin Ukraynaya humanitar yardım göstərəcək

Çin Ukraynaya humanitar yardım göstərəcək


Çin Ukraynaya humanitar yardım göstərməyə hazırdır.

Newscenter.az RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu ÇXR-in xarici işlər naziri Vanq Yi ukraynalı həmkarı Andriy Sibiqa ilə BMT Baş Assambleyası keçirdiyi görüşdə deyib.

"Çin Ukraynadakı humanitar vəziyyətə diqqətlə yanaşır, Çin Ukraynanın ehtiyaclarına uyğun olaraq yeni yardımlar göstərməyə hazırdır", - deyə Vanq Yi bildirib.

O, həmçinin Ukraynanın ölkədəki Çin vətəndaşlarının və qurumlarının təhlükəsizliyini təmin etmək üçün effektiv tədbirlər görməyə davam edəcəyinə ümid etdiyini deyib.

Mehman Mehdiyev
Xəbəri paylaş