"BMT-dəki çıxışı ilə dünyanı bir daha düşünməyə məcbur edən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, əslində hər bir müsəlmanın ürəyindən keçənləri söylədi".
Newscenter.az xəbər verir ki, bunu siyasi ekspert Çingiz Şahbazi deyib. O bildirib ki, belə çıxışlar əslində təsadüf ola bilməz və məhz bu səbəbdən bu böyüklükdə cəsarətin sahibi də sıradan bir dövlətin nümayəndəsi olmamalıdır:
"Bu, dünyaya 600 il hökm etmiş böyük bir imperiyanın, dövlətin varisi, nümayəndəsi Rəcəb Tayyib Ərdoğana yaraşan çıxış olaraq BMT tarixinə keçdi. Bu çıxış, əslində böyük Türk xalqlarının və insanlığın səsi idi. Dünya bu haqda danışır və hələ çox danışacaq, kimi görünür. Dünya tarixini məhz bu kimi tarixi hadisələr zənginləşdirir, desək yanılmarıq".
Anar Əliyev