Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Hər şey bu gün başladı

Hər şey bu gün başladı


"Bu gün Azərbaycanın Vətən müharibəsinə başlamasından 4 il ötür. Azərbaycan dövləti və Xalqı üçün 27 sentyabr ən müqəddəs qürurlu Gündür".

Newscenter.az xəbər verir ki, bunu siyasi elmlər doktoru, professor Vaqif Abdullayev səsləndirib. O bildirib ki, bu gün Milli ruhumuzun, Milli həmrəyliyimizin şərəf tarixi, Dövlət Suverenlyimizin tam bərpasının təməl sütunudur:

"Bu Anım Günündə ölkəmizin ərazi bütövlüyü yolunda canlarından keçən şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edir, onlara Allahdan rəhmət diləyirəm. Qəhrəman Qazilərimizə can sağlığı, firavah həyat arzulayıram".

Vaqif Abdullayev qeyd edib ki, şəhidlərimizin qanı nahaq yerə tökülmədi – Möhtərəm Ali Baş Komandan İlham Əliyevin dəmir iradəsi və qətiyyəti, mübariz oğul və qızlarımızın sayəsində tarixi ədalət bərpa olundu:

"Azərbaycanın Üçrəngli Bayrağı bütün ərazilərimnizdə, 86,6 min kv.km coğrafi torpaqlarımızda dalğalanır".

Anar Əliyev
Xəbəri paylaş