Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Prezidentin Qarabağa hər bir səfəri mühüm sosial obyektlərin açılışı ilə yadda qalır

Prezidentin Qarabağa hər bir səfəri mühüm sosial obyektlərin açılışı ilə yadda qalır


"Dövlət başçısı İlham Əliyevin hər bir səfəri mühüm sosial obyektlərin açılışı və təməlqoyma mərasimlərinin keçirilməsi ilə yadda qalır. Prezidentin sentyabrın 19-20-də Ağdam, Şuşa, Xankəndi şəhərlərinə səfəri də bu baxımdan xüsusi diqqətdə oldu. Dövlət Suverenliyi Günündə Xankəndi şəhərində Qarabağ Universitetinin təmirdən sonra açılışı da görülən işlərin tərkib hissəsidir".

Newscenter.az xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyasının üzvü Məhəmməd Heydərli deyib. O bildirib ki, Tarixi Zəfərimizdən ötən dörd ildə bu torpaqlarda görülən işlərə diqqət yetirsək miqyasının nə qədər geniş olduğunu böyük inamla qeyd edə bilərik:

"Füzuli və Zəngilan Beynəlxalq Hava limanları istifadəyə verildi. Qarabağ və Şərqi Zəngəzur hava qapısını dünyaya açmaqla tarixi Zəfərimizin beynəlxalq miqyasda qəbuluna öz töhfəsini verir. Gələn ilin əvvəlində Laçın Beynəlxalq Hava Limanının istifadəyə verilməsi nəzərdə tutulur. Bu torpaqlarda yaradılan şərait soydaşlarımızın mərhələ-mərhələ dogma yurd-yuvalarına qayıdışına stimul verir. Artıq dörd şəhərə və dörd kəndə qayıdış reallaşıb. Bu il qayıdışın nəzərdə tutulduğu məkanlar Xankəndi, Cəbrayıl və Kəlbəcər şəhərləridir. Tezliklə bu sevinci də yaşayacağıq".

Anar Əliyev
Xəbəri paylaş