İkinci Qarabağ Müharibəsinin şəhidi Muxtar Qasımlının adını daşıyan gəmi artıq Yalovadadır.
Newscenter.az xəbər verir ki, bu barədə Palmali Şirkətinin prezidenti Mübariz Mənsimov özünün facebook sosial şəbəkə hesabında məlumat verib. Bildirib ki, 44 günlük Vətən müharibəsinin şəhidinin xatirəsini dünya sularında daim yaşadacaq “Muxtar Qasımlı” gəmisi Yalova limanından səfərinə davam edəcək.
"Qoy şəhidimizin valideyinləri qətiyyən narahat olmasın! Muxtarın adını daşıyan gəminin kapitanı səyahət etdiyi bütün limanlarda onun qəhrəmanlığı ilə bağlı ətaflı məlumat verir, şəhidimizin adını layiqincə tanıdır.
Bilin ki, əziz oğlunuzun adı dünya sularında daim anılır və yaşadılır. Allah şəhidlərimizə rəhmət eləsin. Onların adlarını yaşatmaq hər bir vətəndaşın borcudur!",-deyə Mübariz Mənsimov vurğulayıb.
Süleyman