Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Türkiyədə otellərin 61 faizi doludur

Türkiyədə otellərin 61 faizi doludur


Türkiyədə otellərin doluluğu 61 faizə çatıb.

Newscenter.az xəbər verir ki, bu barədə Türkiyə Otelçilər Dərnəyinin (TÜROB) prezidenti Müberra Eresin deyib.

Bu rəqəmin cari ilin 8 ayını əhatə etdiyini deyən Eresin bu rəqəmin İstanbulda 64 faiz təşkil etdiyini söyləyib.

O bildirib ki, dünyada müharibələrin bitməsi turizm hərəkətlərinə müsbət təsir edəcək:

"Ona görə də bizim ən böyük gözləntimiz dünyada sülhün təmin olunmasıdır. Digər tərəfdən, UEFA Avropa Futbol Çempionatı və Paris Olimpiya Oyunları səbəbindən təkcə Türkiyədə deyil, bütün dünyada sifariş axınında yavaşlama olduğunu da bilirik. Təbii ki, bu səbəblər yay dövründə bütün dünyaya olduğu kimi bizə də mənfi təsir göstərib”.

Yerləşdirmə sektoruna investisiyaların davam etdiyini bildirən Eresin, "Yerli və xarici investorlar ölkənin turizm potensialına inanır. Açığını deyim ki, davamlı pessimist diskussiyalar sektoru ruhdan salıb",-deyə bildirib.


O qeyd edib ki, bu məqsədə nail olmaq və turizm sektorunun davamlılığını təmin etmək üçün biz sektorun problemlərinə daimi həll yolları tapmaq üçün dövlət və özəl sektordan olan bütün maraqlı tərəflərimizlə, xüsusən də Nazirliyimizlə həmahəng olaraq işimizi dayanmadan davam etdiririk.

Türkiyə turizminin 2 milyon turistdən 50 milyona, 85 min yataq tutumundan 1,5 milyon yataq tutumuna yüksəldiyini vurğulayan Eresin, yerləşdirmə sektoruna qoyulan investisiyaların ümumi dəyərinin təxminən 90 milyard dollara yüksəldiyini və məşğul insanların sayının artdığını bildirib.

Süleyman
Xəbəri paylaş