Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Vətən Müharibəsindəki qələbəmiz Ermənistanın siyasətini iflasa uğratdı

Vətən Müharibəsindəki qələbəmiz Ermənistanın siyasətini iflasa uğratdı


"Vətən Müharibəsindəki qələbəmiz Ermənistan və onların havadarlarının bölgədəki siyasətini iflasa uğratdı. Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu və Azərbaycan xalqı bölgədə yeni reallıqlar yaratmağı bacardı. Bu reallıq bölgədə sülhün və əmin-amanlığın bərqərar olmasına xidmət edir".

Newscenter.az xəbər verir ki, bunu YAP üzvü Gülnar Muradova deyib. O bildirib ki, Vətən müharibəsindən ötən son üç il ərzində rəsmi İrəvan Azərbaycan tərəfinin bütün səmimi sülh çağırışlarını cavabsız qoyaraq, qəbul etdiyi öhdəliklərin icrasını ləngitməyə, gələcək revanşist iddialarının gerçəkləşəcəyi ümidi ilə status-kvonu saxlamağa və beləliklə, iki ölkə arasında sülh müqaviləsinin reallaşmamasına çalışırdı:

"Ancaq aydın məsələ idi ki, bölgəmizdə daimi sülh və sabitliyə nail olmağın yeganə yolu məhz erməni silahlı qüvvələrinin ölkəmizin Qarabağ bölgəsindən qeyd-şərtsiz çıxarılması və qondarma rejimin buraxılması idi.

Beləliklə, dünya hərb tarixində Azərbaycan Ordusu daha bir nadir əməliyyat həyata keçirdi. Bir sutkadan da az davam edən bu əməliyyat nəticəsində bölgədəki mülki əhaliyə və obyektlərə ziyan vurulmadan erməni hərbi qüvvələri məhv edildi və Azərbaycanın bütün ərazilərində respublikanın suverenliyi təmin edildi".

Anar Əliyev
Xəbəri paylaş