Türkiyə Silahlı Qüvvələri Şimali İraq və Suriyada PKK terror təşkilatına qarşı uğurlu əməliyyatı davam etdirir.
Newscenter.az Türkiyə Milli Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, İraqın şimalındakı Qara və Asos bölgələrində 21 PKK/YPG terrorçusu, Suriyanın şimalındakı Fərat Qalxanı bölgəsində isə 1 PKK/YPG terrorçusu zərərsizləşdirilib.
Nazirlik tərəfindən edilən paylaşımda, "Harada olurlarsa olsunlar, Mehmetçik terrorçuların boynunda olmağa davam edəcək. Terrorçular onları gözləyən sondan qaça bilməzlər!", - deyə vurğulanıb.
Anar Əliyev