Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İstanbul hava limanlarında 8 ayda sərnişin sayı 80 milyonu keçib

İstanbul hava limanlarında 8 ayda sərnişin sayı 80 milyonu keçib


İstanbul hava limanlarında 8 ayda sərnişin sayı 80 milyonu keçib.

Newscenter.az trthaber-ə istinadən bildirir ki, yanvar-avqust dövründə cəmi 80 milyon 927 min 61 nəfərin səyahət etdiyi İstanbul hava limanlarında sərnişin sayı keçən ilin eyni dövrü ilə müqayisədə 6 milyon 156 min 277 nəfər artıb.

Ötən illə müqayisədə bu dövrdə İstanbul və Sabiha Gökçen hava limanlarında qəbul edilən sərnişinlərin sayında xüsusi artım olub.

Bu ilin yanvar-avqust dövründə İstanbul Hava Limanından 53 milyon 410 min 136 sərnişin istifadə edib. Bu sərnişinlərdən 11 milyon 658 min 410 nəfəri daxili, 41 milyon 751 min 726 nəfəri isə beynəlxalq xətlərdə səyahət edib.

Keçən ilin eyni dövründə İstanbul Hava Limanında 12 milyon 198 min 537 daxili, 38 milyon 472 min 573 beynəlxalq reys olmaqla cəmi 50 milyon 671 min 110 sərnişin səyahət edib.

Sabiha Gökçendə həm yerli, həm də xarici sərnişinlərin sayı artıb

Bu ilin 8 ayında Sabiha Gökçen Hava Limanından daxili xəttlərdə 13 milyon 172 min 953, beynəlxalq xətlərdə isə 14 milyon 343 min 972 sərnişin uçub. Bu hava limanından cəmi 27 milyon 516 min 925 sərnişin istifadə edib.

Natiq Orucov
Xəbəri paylaş