Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Naxçıvan istiqamətində atəşkəsin pozulması təsadüfi deyil

Naxçıvan istiqamətində atəşkəsin pozulması təsadüfi deyil


"Naxçıvan istiqamətində Ermənistan tərəfindən atəşkəsin pozulması təsadüfi deyil".

Newscenter.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib. O bildirib ki, Ermənistanın Konstitusiya Məhkəməsi Azərbaycanla dövlət sərhədinin delimitasiyası ilə bağlı imzalanmış müddəaların əsas qanuna uyğun olmasını təsdiq edib:

"Bugün Azərbaycan və Ermənistan xarici işlər nazirləri ABŞ -da görüşüb. ABŞ dövlət katibi E.Blinkenin vasitəçiliyi ilə baş tutan bu görüş ikitərəfli danışıqların müsbət istiqamətdə irəliləməsinə töhfə verir. Bunun ardınca, Naxçıvan istiqamətində sərhəddə Ermənistan tərəfindən atəşkəs pozulub.
Göründüyü kimi, Ermənistan Konustitusiya Məhkəməsi qərar verdiyi və xarici işlər nazirlərinin görüşü fonunda atəşkəsin pozulması təsadüfi deyil. Ermənistan ordusunda siyasi anlaşmaları sabotaj edən qüvvələr var. N. Paşinyan ordusunda təmizləmə işləri apara bilmir".

Politoloq deyib ki, Ermənistan hökuməti orduda təxribatçı qüvvələri təmizləməyincə proses davam etdikcə təxribatlara gediləcək:

"Hətta Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi bağlanarkən Ermənistan ordusunda təxribatçı qüvvələr geniş miqyaslı təxribatlara gedə bilər. Bununla N. Paşinyana mesaj verilir ki, sülhü əngəllyə bilərik. Ermənistan ordusunda bu qüvvələr R. Köçaryan, S. Sarkisyan və Ermeni Qriqoryan kilsəsi tərəfindən idarə olunur".

Süleyman
Xəbəri paylaş